Binəqədi yolundakı təmir nə vaxt bitəcək?
Digərləri 20 Haz 2025 13:32:00 83 0
Binəqədi yolunda aparılan işlər ilə bağlı yolda iki həftədən çoxdur ki, gərgin vəziyyət yaranıb. Yolda nəqliyyatın hərəkəti iflic olub, avtobuslar ləngiyir, sərnişinlər kilometrlərlə yolu piyada getmək məcburiyyətində qalırlar.
Bu haberi de oku: Bu tərəvəzləri çiy yemək olmaz
Ötən ayın sonundan başlayan təmir işləri hələ də yekunlaşmayıb. Əksinə, daha çox ərazilərdə hərəkət qismən məhdudlaşdırılıb.
Qeyd edək ki, Son.az-a verilən məlumata görə ərazidəki işlər Ərazi Tikinti Planlaşdırma Mərkəzi tərəfindən verilmiş sxemə əsasən həyata keçirilir. Binəqədi şosesində inşa edilmiş yaşayış komplekslərinə kanalizasiya xəttlərinin çəkilməsi məqsədilə müvafiq razılıq alınaraq sözügedən ünvanda sonradan bərpa edilmək şərti ilə asfalt örtüyü sökülüb. İşin icrası zamanı nəqliyyatın hərəkəti tam dayandırılmayıb. Təmirin nə vaxt yekunlaşacağına dair məlumat verilmir.