Bakıda qadın işdə öldü


Digərləri 20 Haz 2025 17:10:00 84 0

Bakıda qadın işdə öldü

Bakıda qadın iş yerində ölüb.

Son.az oxu.az-a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsindəki dondurma sexində qeydə alınıb.

Həmin sexdə satıcı-operator işləyən, 1968-ci il təvəllüdlü Ceyran Firudin qızı Mahmudova iş vaxtı işemik insult keçirib. Qadın hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.