Xameneinin şəklini paylaşıb görün nə yazdılar
Digərləri 20 Haz 2025 14:21:00 80 0
İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin təsviri ABŞ-nin nüfuzlu "Time" jurnalının yeni üz qabığında yer alıb. Şəkildə Xameneinin üzü qismən göstərilir, digər hissəsi isə dağıntılar altında təqdim olunub. Üz qabığında "Yeni Yaxın Şərq" ifadəsi yer alıb.
Bu haberi de oku: Bu fənn üzrə ya tədrisin səviyyəsi aşağıdır, ya da imtahan sualları çətindir Təhsil eksperti
Son.az xəbər verir ki, mövzu beynəlxalq mediada rezonans doğurub. Bu, Xameneinin "Time" jurnalının üz qabığında ikinci dəfə yer almasıdır, ilk dəfə 2019-cu ildə təqdim edilmişdi.
Qeyd edək ki, bu yaxınlarda Fransanın satirik "Charlie Hebdo" jurnalı da Xameneinin doğum tarixi (19 aprel 1939) ilə yanaşı, ironik şəkildə "ölüm tarixini ilk tapan şəxsin Tehrana səyahət qazanacağı" kimi ifadə yayımlamışdı.
Asya Son.az
Kaynak: milli.az