Ən yüksək balla məzun olan Aylin: “Gecəgündüz oxumaq şərt deyil”
Digərləri 20 Haz 2025 14:30:00 67 0
"Tövsiyə edirəm ki, uşaqlar həmişə rahat beyinlə dərs oxusunlar.Yəni, telefon da olmalıdır, sosial şəbəkə də...".
Bu haberi de oku: Saxlanılan icra başçısı, görün, kimin qohumudur
Son.az xəbər verir ki, bunu İctimai TV-yə açıqlamasında 4-cü qrup üzrə 697.5 balla ən yüksək nəticə göstərən Aylin Xəlilova bildirib.
Bakı şəhər 220 saylı məktəbdən məzun olan Aylinin sözlərinə görə, bu uğuru əldə etmək üçün gecə-gündüz çalışmaq şərt deyil: "Əslində mən də əvvəllər belə düşünürdüm. İstirahət edəndə özümü günahkar hiss edirdim. Ancaq bu yalnış düşüncə tərzidir. 10-11 sinif bizim ən gözəl yaş dövrümüzdür. Bu gözəl illərimizi imtahana görə həba etməməliyik. Gələcəkdə atam kimi ümumi cərrah olmaq istəyirəm. 6 il bakalavrı burada oxuduqdan sonra xaricdə təhsilimi davam etdirib vətənimə savadlı bir kadr olaraq dönmək istəyirəm".
Aylinin atası Rauf Xəlilov isə qızından bu nəticəni gözlədiyini bildirib: "Çox çalışqandır. Mən istəyirdim ki, çox oxumasın. Əziyyət, stres çəkməsinin tərəfdarı olmamışam".