Bu yolda hərəkət tam məhdudlaşdırılacaq
Digərləri 20 Haz 2025 15:58:00 68 0
Bakının Ənvər Qasımzadə küçəsində avtomobillərlə hərəkət məhdudlaşdırılacaq.
Bu haberi de oku: "Abzas Media" əməkdaşlarına hökm oxundu
Sabah saat 08:00-dan iyunun 22-si saat 22:00-a qədər Bakının Nəsimi rayonunun Ənvər Qasımzadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq küçənin Azadlıq prospekti ilə kəsişməsindən Ceyhun Hacıbəyli küçəsinin kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Son.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.