Həmin hovuz 23 il əvvəl tikilibmiş... Sahibindən açıqlama
Digərləri 20 Haz 2025 14:02:00 319 0
"Bu yer 2002-ci ildə tikilib. İndiyə qədər sökülmək məsələsi olmayıb".
Bu haberi de oku: Çimdiyi suyu 85 manata satan modellə bağlı araşdırma başladı
Son.az xəbər verir ki, bunu Xəzər TV-yə açıqlamasında Nəsimi rayonu Azadlıq prospekti 13 ünvanında yerləşən ikimərtəbəli binanın damında qanunsuz tikildiyi iddia olunan və nəticədə sökülən hostelin sahibi Valeh Abasəliyev bildirib.
Sahibkar iddia edib ki, həmin tikintilər müvafiq icra strukturlarının icazəsi ilə aparılıb: "Bir ay bundan əvvəl gəldilər ki, bu hovuzu və tikililəri sökəcəyik. Mən sənədləri göstərəndən sonra dedilər ki, biz bunu sökə bilmərik, çünki hər şey qanunidir. Qanunsuz tikili bircə hovuzdur, onu sökəcəyik. Mən də dedim ki, mənim gözüm üstə, sökün, etirazım yoxdur. Onlar gəlib sadəcə hovuzu yox, bütün tikililəri sökdülər. Məhkəməyə verəcəyəm ki, mənim başıma bu işi niyə gətiriblər?!"