Emin Əmrullayevin tənqid etdiyi kitabları kim hazırlayır? RƏSMİ CAVAB
Digərləri 09 Eki 2025 00:29:00 80 0
Bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayevin dərsliklərin keyfiyyəti ilə bağlı səsləndirdiyi tənqidi fikirlər ictimai müzakirələrə səbəb olub. Nazir "Azərbaycan tarixi dərsliklərinin dili şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil" deyərək, tarix və biologiya fənləri üzrə yeni dərsliklərin hazırlanmasına ehtiyac olduğunu bildirib.
Bu haberi de oku: General Raul Zeynalovun 1 milyonu ələ keçirilib
"Tarix kitablarının çoxu sadəcə faktların sıralanmasından ibarətdir. Düşünürəm ki, bu dəyişməlidir. Biologiya fənni üzrə dərsliklərimiz də beynəlxalq standartlara uyğun deyil. Oturub uşaqlara normal dərslik yazmaq lazımdır", - deyə o, qeyd edib.
Nazirin çıxışı sosial şəbəkələrdə geniş rezonans doğurub. Bəziləri bildirir ki, dərsliklərin hazırlanmasına elə nazirlik cavabdehdir, ona görə də bu tənqid qurumun özünə yönəlib. Digərləri isə hesab edir ki, Emin Əmrullayev illərlə formalaşmış köhnə yanaşmaları dəyişmək istəyir. Müzakirələr bir daha göstərdi ki, dərslik məsələsi cəmiyyət üçün hələ də ən həssas təhsil mövzularından biridir.
Son.az-ın xəbərinə görə, Elm və Təhsil Nazirliyindən Modern.az-a daxil olan məlumatda qeyd olunur ki, dərsliklərin hazırlanması prosesi konkret qaydalar və çoxmərhələli qiymətləndirmə mexanizmləri ilə tənzimlənir.
Ümumi təhsil pilləsi üçün dərsliklər Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələri üçün dərslik, dərs vəsaiti və digər tədris metodik vəsaitlərin hazırlanması Qaydası"na əsasən tərtib edilir.
Ümumi təhsil pilləsi üçün dərsliklər ümumi təhsilin dövlət standartları əsasında hazırlanmış təhsil proqramlarını (kurikulumları) əhatə edir. Həmin təhsil proqramları (kurikulumlar) təhsilalanlarda formalaşdırılacaq bilik, bacarıq və səriştələri müəyyənləşdirir. Ümumi təhsil müəssisələri üçün hazırlanacaq dərsliklər və tədris vasitələri müəyyən qaydalara əsasən tərtib olunur. Bu qaydalar dərsliyin həm məzmun, həm də tərtibat baxımından yüksək keyfiyyətli olmasını təmin etməyə yönəlib.
Qaydaya əsasən, dərsliyin elmi baxımdan dəqiq, etibarlı və inkişafyönümlü olması vacibdir. Onun məzmunu şagirdlərin yaş xüsusiyyətlərinə uyğun, dəyəryönümlü və tərbiyəvi məzmun daşıyan, həmçinin Azərbaycan qanunvericiliyinə uyğun olmalıdır.
Bundan əlavə, dərsliyin hazırlanmasında müasir pedaqoji və metodiki yanaşmalardan istifadə edilməli, dizayn və tərtibat isə həm estetik, həm də məntiqli şəkildə qurulmalıdır.
Qiymətləndirmə zamanı dərsliklər 100 ballıq sistemlə dəyərləndirilir:
Təhsil proqramına uyğunluq - 30 bal,