Ginekoloq soyuqdəymə ilə bağlı məşhur mifi təkzib etdi


Digərləri 09 Eki 2025 01:01:00 67 0

Ginekoloq soyuqdəymə ilə bağlı məşhur mifi təkzib etdi

Soyuğun sağlamlığa təsiri ilə bağlı məşhur mif təkzib edilib

Son.az xəbər verir ki, Rusiyalı ginekoloq Tatyana İlyuxina soyuğun təkbaşına sistit xəstəliyinə səbəb olması barədə yayılan fikri təkzib edib.

Mütəxəssisin sözlərinə görə, soyuqlama birbaşa olaraq sidik-cinsiyyət sisteminə təsir etmir, çünki sistit infeksion mənşəli xəstəlikdir. Yəni xəstəlik yalnız mikroblar sidik kisəsinə və ya cinsiyyət orqanlarına daxil olaraq çoxalmağa başladıqda inkişaf edir.

Bununla belə, həkim qeyd edib ki, soyuğun dolayı təsiri mümkündür. "Soyuqladıqda orqanizmdə qan dövranı zəifləyir, selikli qişaların immun müdafiəsi azalır. Nəticədə, əvvəllər passiv vəziyyətdə olan bakteriyalar aktivləşir və xəstəlik üzə çıxır", - deyə İlyuxina bildirib.