Bu əlamətlər xərçəngin xəbərçisidir Ginekoloq qadınlara xəbərdarlıq etdi
Digərləri 08 Eki 2025 23:00:00 82 0
Uşaqlıq boynu xərçəngi qadınlarda ən çox rast gəlinən bədxassəli şişlərdən biridir.
Bu haberi de oku: Yardımlıda müəllimin şagirdini döyməsinə dair iddia araşdırılır
Son.az bildirir ki, bunu rusiyalı onkoloq-ginekoloq Yekaterina Çerepanova söyləyib.
Onun dediyinə görə xəstələrin çoxu hələ də xəstəliyin gec mərhələsində həkimə müraciət edir.
Mütəxəssisin sözlərinə görə uşaqlıq boynu xərçənginin əsas səbəbi insan papilloma virusunun (HPV) onkogen ştammlarına yoluxmadır. Ən təhlükəli növlər arasında HPV 16 və HPV 18 göstərilir.
Xəstəliyin təhlükəsi ondadır ki, ilk mərhələlərdə demək olar ki, heç bir simptom müşahidə olunmur. Şiş uzun müddət ərzində yavaş-yavaş inkişaf edir və yalnız qonşu toxumaları zədələdikdə ağrı və ya narahatlıq yaranır. Bu səbəbdən, ilkin əlamətlər çox vaxt digər ginekoloji problemlərlə qarışdırıla bilər.
Həkimin sözlərinə görə, xəstəliyin klassik simptomlarından biri cinsi əlaqədən, ginekoloji müayinədən sonra baş verən yüngül qanlı axıntılardır. Bu əlamətlər adətən ağrısız olur və xüsusilə menopauza dövründə müşahidə olunarsa, ciddi siqnal sayılmalıdır.
Xəstəliyin irəliləməsi ilə qadınlar qarın aşağı hissəsində küt ağrılar, sarımtıl-yaşıl və ya pis qoxulu ifrazatlar, qaşınma və yanma hissi kimi şikayətlər də yaşayırlar.