ŞAD XƏBƏR Müavinətlər yenidən artırılır
Digərləri 10 Haz 2025 12:37:00 86 0
Azərbaycanda bir sıra sosial müavinətlərin artırılması məsələsi hələ də öz aktuallığını qoruyur. Prezidentin müvafiq sərəncamı ilə Nazirlər Kabinetinə bu sahədə təkliflərin hazırlanması üçün müəyyən müddət verilsə də, artımların dəqiq vaxtı və məbləği hələ ki açıqlanmayıb.
"Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli sərəncamı ilə Nazirlər Kabinetinə bu sahədə təkliflərin hazırlanması üçün 3 ay vaxt verilmişdi. Bu müddət mart ayında başa çatıb və güman edilir ki, təkliflər artıq təqdim olunub".
Son.az xəbər verir ki, bu fikirləri deputat Vüqar Bayramov modern.az-a açıqlamasında bildirib:
"Qeyd edilməlidir ki, 3 aylıq müddət artımın tətbiqi üçün deyil, yalnız təkliflərin hazırlanması üçün nəzərdə tutulub. Təkliflər hazırlandıqdan sonra onların razılaşdırılması və maliyyə yükünün hesablanması həyata keçirilib. Artıq bu mərhələlərin də başa çatdığı ehtimal olunur və yaxın vaxtlarda rəsmi qərarın verilməsi gözlənilir".
Millət vəkilinin sözlərinə görə, artımların konkret hansı sosial qrupları əhatə edəcəyi sənəd imzalandıqdan sonra məlum olacaq:
"Milli Məclis üzvləri tərəfindən xüsusi olaraq bəzi sosial müavinətlərin artırılması təklif edilib. Bu istiqamətdə atılacaq addımlar sosial siyasətin prioritet istiqaməti olaraq dəyərləndirilir və cənab Prezidentin sərəncamı da bir daha təsdiq edir ki, biz yaxın zamanlarda bu istiqamətdə addımların atılmasını müşahidə edəcəyik".