Bəzi insanlar psixoloqa deyil, süni intellektə üz tuturlar...


Digərləri 11 Haz 2025 04:04:00 97 0

Bəzi insanlar psixoloqa deyil, süni intellektə üz tuturlar...

"Bəzi insanlar artıq dərdlərini və problemlərini psixoloqla deyil, süni intellektlə bölüşməyə üstünlük verirlər".

Son.az xəbər verir ki, bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bu tendensiyanın arxasında duran əsas səbəblərdən biri insanların mühakimə olunmaq qorxusudur:

"Çünki bəzi şəxslər hisslərini ifadə etdikdə tənqid olunmaqdan, düzgün anlaşılmamaqdan və ya etiketlənməkdən çəkinirlər. Süni intellekt isə onları dinləyən, cavab verən, amma heç vaxt mühakimə etməyən və qarşı tərəfdən emosional reaksiya gözləməyən bir "təhlükəsiz sahə" kimi qəbul edilir. Onunla yazışanda istədikləri qədər açıq ola, utanmadan və qorxmadan özlərini ifadə edə bilirlər".

Ekspert qeyd edib ki, həm də psixoloqla görüşmək və ya yaxın dostla danışmaq zaman, bəzən də maddi imkan tələb edir:

"Süni intellekt isə 24 saat əlçatan və pulsuzdur. Bu da onu xüsusilə emosional ehtiyaclarını tez bir zamanda ifadə etmək istəyən insanlar üçün cazibədar edir. Lakin bunun potensial fəsadları da mövcuddur. Süni intellekt empati hiss etməz, duyğuları dərk etməz, uzunmüddətli terapevtik münasibət qura bilməz.