Bakıdakı məktəbdə şagirdlərdən attestat üçün 20 manat yığılır? İDDİA


Digərləri 12 Haz 2025 10:44:00 99 0

Bakıdakı məktəbdə şagirdlərdən attestat üçün 20 manat yığılır?  İDDİA

Attestat üçün hər şagirddən 20 manat pul istənildiyi iddia olunur.

Son.az Xəzər TV-yə istinadən məlumat verir ki, bu iddianı övladı Bakıdakı 264 nömrəli məktəb-liseydə təhsil alan valideyn səsləndirib.

Valideyn Rövşən Zeynallı bildirib ki, onun övladı Xədicə Zeynallı adıçəkilən təhsil ocağının 9-cu sinif şagirdidir. Onun qızının oxuduğu sinfin rəhbəri uşaqlardan 20 manat gətirməsini tələb edib.

9-cu sinif şagirdləri də iddiaların doğru olduğunu deyiblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək. Qeyd olunub ki, məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.