Qazın qiyməti dəyişir Yeni tarif sistemi kimə necə təsir edəcək?


Digərləri 13 Haz 2025 13:46:00 87 0

Qazın qiyməti dəyişir  Yeni tarif sistemi kimə necə təsir edəcək?

2028-ci il iyulun 1-dən qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) tənzimləyici tərəfindən müəyyən ediləcək və onun rəsmi internet saytında dərc olunacaq.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Qaz təchizatı haqqında" qanun layihəsində öz əksini tapıb.

Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) aşağıdakılar olacaq:

qazın topdansatış tarifləri; qazın nəqli tarifləri; qazın saxlanması xidmətlərinin tarifləri; qazın paylanması tarifləri (2027-ci il yanvarın 1-dən qüvvəyə minir); istehlakçılara qazın pərakəndə satış tarifləri; qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri; qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri; sabit tarif. Qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi sabit tarif hesab ediləcək.

Qazın paylanması tarifləri 2027-ci il yanvarın 1-dən 2028-ci il iyulun 1-dək, digər tariflər isə bu qanunun qüvvəyə mindiyi gündən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəcək. Bunlar nəzərə alınmaqla tənzimləyicinin səlahiyyətləri 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Qaz təchizatı sektorunda qiymətlərin (tariflərin) müəyyən olunması zamanı nəzərə alınmalı olan itkilər bu qanunda nəzərdə tutulan qaydalara uyğun olaraq hesablanacaq.


Habere ait fotoğraflar