Əlini "ağdan qaraya" vurmurlar, pul "havadan" gəlir Şanslı bürclər
Digərləri 13 Haz 2025 23:00:00 105 0
Bu gün "şans"dan danışırıqsa, bilməliyik ki, o təsadüfi gəlmir. Şans çalışana, iradə göstərənə, öz gücünə inanana gəlir.
Bu haberi de oku: Xamenei onu Aerokosmik Qüvvələrinə yeni komandan təyin etdi
Lakin, bəzi insanlar var ki, onların həyat yolu uğurla paralel addımlayır. Astroloqların rəyinə görə bu xüsusiyyətləri özündə daşıyan üç bürc var - Oxatan, Şir və Əkizlər.
Oxatan - daim irəli baxan, risk etməkdən çəkinməyən, qərar verərkən tərəddüd etməyən bir bürcdür. Onların xasiyyəti müstəqillik və cəsarətlə seçilir. Belə insanlar heç vaxt yerində saymır. Çünki onlar yaxşı bilirlər - uğur hərəkətdədir. Və bu fəallıq onların həyatında yeni qapılar açır.
Şir - özünəinamı yüksək olan, liderlik keyfiyyətlərini daşıyan bir bürcdür. Onlar heç vaxt arxa planda qalmaqla razılaşmır. Çünki ruhlarında idarə etmək, yön vermək, irəli aparmaq arzusu var. Şir bürcü olan insanlar uğuru cəlb edir. Onlar əminliklə hərəkət edirlər və nəticə də ortadadır.