Ermənistanın sabiq baş naziri


Digərləri 14 Haz 2025 14:57:00 137 0

Ermənistanın sabiq baş naziri

Ermənistanın keçmiş baş naziri Ovik Abramyan saxlanılıb.

Son.az xəbər verir ki, bu barədə Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Abramyan çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıqda ittiham olunur. Hazırda onun evində axtarış aparılır.

Qeyd edək ki, ona qarşı ittihamlar 2023-cü ilin aprelində irəli sürülüb. İstintaqa görə, Abramyan 2008-2015-ci illərdə sövdələşmələr yolu ilə 230,4 milyon dram (təxminən 590 min dollar) gəlir əldə edib.