Azərbaycanda xərçəng əleyhinə peyvənd tətbiq olunacaq?
Digərləri 15 Tem 2025 22:21:00 92 0
"Dünyada insanları xərçəngdən qoruyan mühüm peyvəndlərdən birinin Azərbaycanda da tətbiqi ilə bağlı danışıqlar aparılır".
Bu haberi de oku: Sabah 40 dərəcə isti olacaq
Son.az Xəzər TV-yə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı media nümayəndələri ilə görüşdə bildirib.
Söhbət HPV peyvəndindən gedir. HPV peyvəndi dünyada uşaqlıq boynu xərçənginə səbəb olan papiloma virusuna qarşı 2006-cı ildən bəri tətbiq olunur.
Hande Harmancı deyib ki, Səhiyyə Nazirliyi bu peyvəndin Azərbaycanda da tətbiq olunması ilə bağlı müsbət mövqedədir. HPV vaksini bir neçə il ərzində milli peyvənd təqviminə salına bilər.
Hande Harmancı həmçinin bildirib ki, COVID-19 əvvəlki kimi təsirli olmasa da, hələ mövcuddur. Xüsusilə 65 yaş üzəri insanlar risk qrupundadır.