Sosial şəbəkələrdə dərman tövsiyə edənləri bu cəza gözləyir
Digərləri 15 Tem 2025 23:10:00 74 0
Bəzi əczaçılar sosial şəbəkələr vasitəsilə vətəndaşlara dərman tövsiyəsi edirlər.
Bu haberi de oku: Azərbaycanda zəlzələ oldu
Son.az Xəzər TV-yə istinadən bildirir ki, xüsusilə "Tiktok" sosial şəbəkəsi vasitəsilə həm canlı yayımlar açaraq, həm də videolar paylaşaraq vətəndaşlara dərman tövsiyəsi edən əczaçı səhifələrinin sayı kifayət qədərdir. Bəs əczaçılarn xəstəni müayinə etmədən, analiz nəticələrini görmədən dərman məsləhət görməsi nə dərəcədə doğrudur?
Elə bəzi satıcıların özləri də bildirirlər ki, əczaçılar həkim deyillər. Onlar xəstəni müayinə etmədən, analiz nəticələrini görmədən dərman məsləhət görürlərsə, bu ciddi tibbi və etik qayda pozuntusudur.
Tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirir ki, hər kəsin bədəni və sağlamlıq vəziyyəti fərqlidir. Sosial şəbəkədə verilən tövsiyə onların vəziyyətinə uyğun olmaya bilər. Eyni zamanda yan təsirlərə və ya dərman qarşılıqlı təsirlərinə məruz qala bilərlər.