Azərbaycanda zəlzələ oldu


Digərləri 15 Tem 2025 09:03:00 58 0

Azərbaycanda zəlzələ oldu

Samux rayonu ərazisində zəlzələ baş verib.

Son.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, 3,1 bal gücündə zəlzələ yerli vaxtla saat 08:46-da baş verib. Yeraltı təkanlar Gəncə seysmik stansiyasından 21 km şimalda, Samux rayonu ərazisində qeydə alınıb.