Rusiyada Azərbaycanın mədəni tədbirləri ləğv edildi
Digərləri 15 Tem 2025 16:24:00 77 0
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının bu ilin oktyabr ayında Rusiyanın Novosibirsk şəhərində keçirilməsi planlaşdırılan qastrol səfəri baş tutmayacaq.
Bu haberi de oku: Yayda avtomobilinizin boyasını belə qoruya bilərsiniz
Son.az xəbər verir ki, bu barədə Novosibirsk Qlobus Teatrının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, oktyabrın 28-29-da təqdim olunacağı gözlənilən "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur" (28 sentyabr) və "Hamlet" (29 sentyabr) tamaşaları proqramdan çıxarılıb.
Qastrolun ləğv edilməsinin səbəbləri barədə heç bir rəsmi açıqlama verilməyib. Teatr nümayəndələri tamaşalara alınan biletlərin geri qaytarıla biləcəyini bildiriblər.
Hazırda qastrol səfərinin başqa tarixə keçirilməsi və ya əvəzləyici tamaşalarla əvəz olunması ilə bağlı hər hansı planın olub-olmadığı dəqiqləşdirilməyib.
Fidan Son.az