VTB (Azərbaycan) 2ci rübdə nə qədər biznes krediti verib?
Digərləri 15 Tem 2025 14:55:00 61 0
VTB (Azərbaycan) ASC 2025-ci ilin ikinci rübünün nəticələrini açıqlayıb. Bank ikinci rübdə 6,319 milyon manat xalis mənfəət əldə edib. Hesabata əsasən, aktivlər 2024-cü ilin 4-cü rübü ilə müqaisədə 10 faiz artaraq 337,037 milyon manata çatıb.
Bu haberi de oku: Piyadanı vurdu, xəstəxanaya aparanda yolda özü də öldü
Kredit portfelinin ümumi həcmi 237,495 milyon manat təşkil edib. Bu ilin ikinci rübündə 16,8 milyon manatdan çox biznes kreditləri verilmişdir. Beləliklə, bu seqment üzrə portfel 70,6 milyon manatı ötüb.
Bankın xalis faiz gəlirləri 2025-ci ilin ikinci rübündə 15,9 milyon manat, qeyri-faiz gəlirləri isə 7 milyon 300 min manata çatıb.
Kaynak: milli.az