Tiktoker “Roşka” hakim qarşısında


Digərləri 15 Tem 2025 18:33:00 75 0

Tiktoker “Roşka” hakim qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəməsi başlayıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin vəkili Rövşən Süleymanovun barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırsa da, məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmənin qərarı ilə hazırlıq iclası başa çatıb və məhkəmə baxışı iyulun 22-nə təyin edilib.