İranda güclü zəlzələ oldu


Digərləri 15 Tem 2025 12:26:00 78 0

İranda güclü zəlzələ oldu

Bu gün İranda yerli vaxtla saat 10:44-də İranın şimalında yerləşən Simnan vilayətinin Şahrud rayonunda 4,7 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, 10 km dərinlikdə baş verən zəlzələ ətraf rayonlarda da hiss olunub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.