Bakıda çimərlikdəki ilanlar təhlükəlidirmi? – Bioloqdan açıqlama


Digərləri 15 Tem 2025 16:36:00 64 0

Bakıda çimərlikdəki ilanlar təhlükəlidirmi? – Bioloqdan açıqlama

Bakıda çimərlik ərazilərdə suda görünən ilanlar həmin yerlərdə qəfildən peydə olmayıb, bu sürünənlər elə həmin ərazilərdə yaşayırlar.

Bu haberi de oku: Xırdalanda işıq olmayacaq

Son.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Zoologiya İnstitutunda aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov son günlər Bakıda çimərlik ərazilərdə ilanların olması ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, yayda çimərlik kimi istifadə olunan dəniz sahili ərazilərdə, çimərliyin özünə bitişik quraq, daşlı-qayalı, kol-koslu, insanın iştirakı olmayan ərazilər var.

"Belə lokal sahələrdə quruda və suda, o cümlədən də zəhərli gürzə ilanına rast gəlmək olar. Sözügedən yerlərdə onların gizlənmə yerləri var. Soyuq aylarda insanlar çimərlik ərazilərdə olmur deyə ilanları görmür. Yayda dənizə gedəndə ilanları görürlər, elə bilirlər ki, onlar həmin yerlərdə yeni peydə olur. Əslində isə su ilanları yumurtalarını quruda qoyur və dənizə qidalanmaq üçün gedir. Bundan başqa, digər bir səbəb isə onların olduğu ərazilərə insanların yaxınlaşması ola bilər".

T.İsgəndərov əlavə edib ki, gürzə ilanından başqa, digərlərinin suda olması insanlar üçün təhlükə yaratmır:

"Əgər biz onların təbii yaşadığı yerə girib yaxınlaşıb deyiriksə, burada ilanlar peydə olunub, bu, düzgün deyil. Gürzə ilanından başqa, digərlərinin insanlar üçün təhlükəsi yoxdur, yəni zəhərli formada sancmır. Qabaqlayıcı tədbir kimi nəsə etmək də mümkün deyil. Burada insanları maarifləndirmək lazımdır. İlan yaşayan qayalı yerlərdən uzaq durmaq lazımdır, kol-kosa yaxın əraizlərdə ocaq qalanmamalıdır".