Xırdalanda işıq olmayacaq
Digərləri 15 Tem 2025 16:30:00 79 0
Xırdalanda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Son.az xəbər verir ki, bu barədə "Azərişıq" məlumat yayıb.
Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq "Əliağa Vahid" yarımstansiyasında yeni quraşdıran 25 mVA gücündə transformator iyulun 15-də elektrik şəbəkəsinə qoşulacaq.
Bununla əlaqədar olaraq saat 16:30-dan 17:30-dək Xırdalan şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Kaynak: milli.az