Bakının bu rayonu sabahdan susuz qalacaq
Digərləri 15 Tem 2025 17:20:00 70 0
Bakının Xətai rayonunun su təchizatında fasilə yaranacaq.
Bu haberi de oku: Astarada azadlığa çıxan kişi dərhal həbs edildi
Bu barədə Son.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Bildirilib ki, fasilə Xətai rayon ərazisindən keçən içməli su xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədardır. Bu səbəblə iyulun 16-ı saat 22:00-dan 17-si axşam saatlarına qədər rayonun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.
17 iyul axşam saatlarından etibarən suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə bərpa ediləcək.
Kaynak: milli.az