Bakıda satılan ən bahalı mənzillər məlum olub SİYAHI
Digərləri 15 Tem 2025 17:36:00 70 0
Bakıda satılan ən bahalı mənzillər məlum olub.
Bu haberi de oku: “Koronavirus gələcəkdə də olmağa davam edəcək”
Son.az xəbər verir ki, APA-nın əmlak elanları əsasında apardığı araşdırmaya görə, hazırda Bakıda satılan ən lüks mənzillər şəhərin nüfuzlu yaşayış komplekslərində yerləşir. Söhbət "Crescent Residences", "Port Baku Residences", "Park Hill Terrace" və "Hayat Palace" lüks yaşayış komplekslərindən gedir. Burada hazırda satışda sahəsi 246-772 kv.metr 4-8 otaqlı mənzillərin qiyməti 2,6- 5,6 milyon manat arasında dəyişir.
Bakıda ən bahalı mənzil isə "Crescent Residences"də yerləşir. 4 otaqlı 375 kv.metrlik mənzilin qiyməti 5 milyon 610 min manatdır.
Bakıda bir kv.metr üzrə ən bahalı mənzillər isə "Crescent Residences" və "Port Baku Residences"də yerləşir. "Crescent Residences"də bu rəqəm 14,9-17 min manat, "Port Baku Residences"də isə 12,9 min manat təşkil edir.