Tehran sakinləri küçələrə axışdı
Digərləri 14 Haz 2025 15:41:00 90 0
İran paytaxtı Tehranda yüzlərlə insan şəhərin mərkəzi meydanlarından birində toplaşaraq, səmanın üzərində baş verənləri müşahidə edir.
Bu haberi de oku: Kişilərin “yox” deyə bilmədiyi qadınlar: bu BÜRCLƏR onları "dəli edir"
Son.az xəbər verir ki, şahidlərin sözlərinə görə, vətəndaşlar havaya baxaraq, İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin İsrailin cavab hücumlarını necə dəf etdiyini izləyirlər.
İran mediasının yaydığı görüntülərdə raketlərin göydə partlaması, səs-küylü müdafiə sistemlərinin işə düşməsi və insanların "Allahu Əkbər" səsləri ilə reaksiyaları yer alıb. Toplaşan insanlar arasında həm təşviş, həm də milli həmrəylik ab-havası hiss olunur.
Hazırda şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib, fövqəladə xidmətlər və ordu vəziyyəti nəzarətdə saxlamağa çalışır.