Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi ölkələrimiz arasında münasibətlərin yeni mərhələsidir”


Digərləri 14 Haz 2025 10:50:00 97 0

Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi ölkələrimiz arasında münasibətlərin yeni mərhələsidir”

"Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də imzalanan "Şuşa Bəyannaməsi" ölkələrimizin sarsılmaz qardaşlığını bütün dünyaya bildirən strateji mesajdır. Bu Bəyannamə faktiki olaraq iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu".

Son.az xəbər verir ki, bu sözləri Şuşa Bəyannaməsinin imzalanmasının 4-cü ildönümü ilə əlaqədar mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, bu unikal tarixi sənəd Azərbaycan və Türkiyəninimkanlarının birləşdirilməsini və maraqlarının birgə müdafiəsini nəzərdə tutan münasibətlərə rəsmi xarakter vermiş oldu."Mahiyyət etibarı ilə hər iki ölkənin stabil, inkişaf edən və təhlükəsiz gələcəyinə hesablanmış Bəyannamə bu gün ölkələrimiz arasındakı siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələrdə müttəfiqlik əlaqələrini özündə əks etdirir və bütün bu sahələrdə keyfiyyətcə daha dərin münasibətlərin təminatı kimi çıxış edir. Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırmaqla, ölkələrimiz və xalqlarımız arasında qardaşlığın yeni tarixi mərhələsini açmış oldu. Bəyannamədə öz əksini tapmış mühüm məqamlardan biri də Zəngəzur dəhlizi ilə bağlı ölkələrimizin eyni  mövqelərdən çıxış etmələridir. Regional aspektdən Naxçıvanı ölkənin əsas ərazisi ilə birləşdirəcək bu dəhliz, əslində, qlobal miqyasda böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək.Beləliklə, bir mənalı olaraq demək lazımdır ki, Zəngəzur dəhlizi qlobal miqyasda geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir."