Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ


Digərləri 13 Haz 2025 14:05:00 95 0

Leysan olacaq, dolu düşəcək  XƏBƏRDARLIQ

İyunun 14-ü gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 17-si gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Son.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın leysan intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.