Kondisioner qoşmayan taksilərin lisenziyası ləğv edilə bilər
Digərləri 13 Haz 2025 14:51:00 94 0
Yay mövsümünün gəlməsi ilə paytaxtda taksilərdə kondisioner problemi yenidən aktuallaşıb. İstiliklərin artması sərnişinlər və sürücülər arasında mübahisələrə səbəb olub. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə kondisioner qoşulması ilə bağlı müzakirələr aparılır.
Bu haberi de oku: Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir
Son.az xəbər verir ki, sərnişinlərin taksi xidməti zamanı üzləşdikləri müxtəlif problemlərlə, o cümlədən kondisionerin işlədilməsinə görə əlavə ödəniş tələb edilməsi halları ilə bağlı məsələyə aydınlıq gətirmək üçün Modern.az AYNA-nın (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) Mətbuat Xidməti ilə əlaqə saxlayıb.
Rəsmi qurumdan verilən məlumata əsasə, yaşanan problemlə bağlı sərnişinlər AYNA-nın "141" Çağrı Mərkəzinə və ya qurumun rəsmi sosial şəbəkə hesablarına müraciət etmələri xahiş olunur. Həmçinin bildirilib ki, müraciət zamanı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının qeyd edilməsi vacibdir.