“Kərimə” dövləti qurmaq istəyən şəxslərə hökm oxundu
Digərləri 12 Haz 2025 15:51:00 85 0
Terrorçuluqda təqsirləndirilən "Qisas qrupu" üzvlərinin məhkəmə prosesi yekunlaşıb.
Bu haberi de oku: Nəzrinin ölümündə təqsirləndirilən Sənan Mehdiyev məhkəmə qarşısında
Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Faiq Zeynalov 17 il, Hüseyn Hüseynzadə 16, Etibar Məmmədzadə 16 il, İlham Şıxaliyev 17 il, İlkin Bağırov 16 il, Vüqar Mədətov 16 il, Elvin Cəfərov 15 il 6 ay, Elgün Ağayev 16 il, Yusif Mirzəyev 15 il 6 ay, Ruslan Əliyev 15 il 6 ay, Savalan Hüseynli 15 il 6 ay, Məhərrəməli Musayev 15 il 6 ay, Mir Vasid Əliyev 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıblar.
DTX-də istintaqı yekunlaşdırılmış cinayət işi üzrə təqsirləndirilən şəxslərə AR Cinayət Məcəlləsinin 170.3, 234.1-1, 274, 28,277 və 278.2-ci madddələri ilə ittiham irəli sürülüb.