Xəstəxanalarda qiymətlər bahalaşdı


Digərləri 13 Haz 2025 16:01:00 83 0

Xəstəxanalarda qiymətlər bahalaşdı

2025-ci ilin may ayında əhaliyə göstərilən ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,2 faiz, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,6 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən Son.az-a verilən məlumata görə, mayda əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən tibbi xidmətlərin, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətlərinin qiymətlərində müşahidə olunub.

Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.