34 il sonra Şuşada “Son zəng” çalındı FOTO


Digərləri 14 Haz 2025 13:22:00 97 0

34 il sonra Şuşada “Son zəng” çalındı  FOTO

Bu gün Şuşa şəhərində 34 ildən sonra ilk dəfə olaraq "Son zəng" çalınıb. Şuşa şəhər 1 nömrəli tam orta məktəbin 8 şagirdi məzun adını qazanıb.

Bu haberi de oku: Tiktoker “Əfi" həbs olundu

Trend-in yerli müxbiri xəbər verir ki, "Son zəng" tədbirində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Elm və Təhsil Nazirliyinin müşaviri Elnur Əliyev, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb kollektivi və valideynlər iştirak ediblər.

Tədbir dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Çıxış edənlər məzunları təbrik edərək onlara uğurlar arzulayıb, gələcəkdə dövlətimiz üçün layiqli vətəndaş, ailələri üçün isə fəxarət mənbəyi olmalarını diləyiblər. Ardınca məzunlara attestatlar təqdim olunub.