Rusiyada mədəndə uçqun Ölən və yaralanan var


Digərləri 12 Haz 2025 13:53:00 81 0

Rusiyada mədəndə uçqun  Ölən və yaralanan var

Yakutiyada filiz mədənində uçqun baş verib.

Son.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti xəbər yayıb.

286 metr dərinlikdə aparılan təmizləmə işləri zamanı dağ süxurunun çökməsi baş verib.Hadisə vaxtı mədəndə 25 nəfər olub.

İndiyə qədər şaxtadan iki nəfər çıxarılıb, lakin onlardan yalnız biri sağ qalıb.