Azərbaycanda orta aylıq əmək haqqı artdı


Digərləri 13 Haz 2025 12:55:00 72 0

Azərbaycanda orta aylıq əmək haqqı artdı

Bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 9,2 % artaraq 1 100,6 manat təşkil edib.

Son.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Bu il mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 771,7 min nəfər olub, onlardan 876,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 895,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.