Nazir Xəzinadarlıq İdarələrini ləğv etdi Yalnız bir quruma rəis təyin edildi


Digərləri 12 Haz 2025 16:25:00 105 0

Nazir Xəzinadarlıq İdarələrini ləğv etdi  Yalnız bir quruma rəis təyin edildi

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyinin Xəzinadarlıq İdarələri və yerli bölmələri ləğv edilib.

Son.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə nazir Sahil Babayev əmr imzalayıb. 

Paytaxtda da mövcud olan 11 Xəzinədarlıq İdarəsi ləğv olunub və işçilər sərəncama götürülüb. 

Yalnız Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinin 2 saylı Xəzinədarlıq İdarəsi saxlanılıb. Sözügedən qurumun rəisi Muradov Yəhya Məmmədhüseyn oğlu vəzifəsindən azad edilib və yerinə Etibar Muradov təyin olunub.