Qarındakı təhlükəli piy qatından xilas olmağın 10 effektiv yolu Həkimlər açıqladı
Digərləri 11 Haz 2025 03:03:00 112 0
"Vəqərli piy" kimi tanınan visseral yağ qarın boşluğunun dərinliklərində yerləşir və mədə, qaraciyər, bağırsaq kimi həyati vacib orqanları əhatə edir.
Bu haberi de oku: Tiktokda 23 nəfərə “ucuz telefon” satdı
Son.az xəbər verir ki, qaynarinfo-nun məlumatına görə, həkim Sima Bonni "Bestlifeonline "üçün yazdığı məqalədə xəbərdarlıq edir ki, bu növ piy qatı ürək-damar xəstəlikləri, infarkt, insult, 2-ci tip şəkərli diabet, yüksək xolesterin, yüksək qan təzyiqi və tənəffüs problemləri ilə birbaşa əlaqəlidir.
Bu piydən qurtulmaq asan deyil və təkcə sadə fiziki hərəkətlər kifayət etmir. Lakin dietoloqlar və fitness mütəxəssisləri onunla effektiv mübarizə üçün 10 üsul təqdim edirlər:
1. Qidalanma - nəticənin 80%-ni təşkil edir
Həkim Bonniyə görə:
* Meyvə və tərəvəzin bütün rənglərini ehtiva edən balanslı pəhrizə əməl edin; * Şəkər və sadə karbohidratları (çörək, makaron və s.) azaldın; * Emal olunmuş və transyağ ehtiva edən məhsullardan uzaq durun; * Ağartı məhsulları və yağsız zülalları artırın, qırmızı əti isə azaldın; * Qismən hidrogenləşdirilmiş yağlar və yüksək fruktozalı qarğıdalı siropu kimi maddələrdən uzaq durun.
2. Kifayət qədər zülal qəbul edin
Fərdi məşqçi Lans Goyke izah edir: "Zülal bədən üçün yağ yandıran bir növ möcüzə dərmandır. Maddələr mübadiləsini sürətləndirir və toxluq hissini uzadır".
Məsləhət olunan gündəlik norma: bədən çəkisinin hər kiloqramına təxminən 1,2 qram zülal (məsələn, 60 kq çəkidə insan üçün ~50-60 qram).
3. Kalsium və D vitamini qəbulunu artırın
2011-ci ildə aparılmış bir araşdırma sübut edib ki, kalsium və D vitamini ilə zənginləşdirilmiş portağal şirəsi içən piylənmədən əziyyət çəkən şəxslər, visseral piy qatını nəzərəçarpacaq dərəcədə daha çox itiriblər.
4. Kardio məşqlərini artırın
Fitness məşqçisi Endryu Vayt bildirir: "Kardio məşqləri kalori yandırmaq və piydən qurtulmaq üçün əsasdır. Onlar ürək ritmini və maddələr mübadiləsini artırır".
Gündə 30 dəqiqə ideal hesab olunur, amma 10 dəqiqə belə faydalıdır.
5. Güc məşqlərini tədricən əlavə edin