Tiktokda 23 nəfərə “ucuz telefon” satdı


Digərləri 12 Haz 2025 11:49:00 103 0

Tiktokda 23 nəfərə “ucuz telefon” satdı

Tiktok sosial şəbəkəsində mobil telefonları dəyərindən ucuz qiymətə satdığı barədə yalan elanlar yerləşdirərək ona müraciət edənlərin müxtəlif məbləğlərdə pulunu onlayn yolla ələ keçirən şəxs saxlanılıb.

Bu barədə Son.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Məhəmməd Abbasov tutulub.

Həmin şəxsin paytaxt və bölgələrdən olan ümumilikdə 23 nəfərə qarşı eyni üsulla dələduzluq etdiyi müəyyən edilib.