Bu hallarda bələdiyyələrə dövlət mülkiyyətindən torpaq veriləcək
Digərləri 12 Haz 2025 12:31:00 97 0
Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri artırılır.
Bu haberi de oku: Günün qoroskopu: dərin düşüncə üçün əla vaxtdır
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Torpaq Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yaşayış evləri və çoxmənzilli yaşayış binaları bələdiyyə mülkiyyətində olan torpaq sahələrində tikildiyi hallarda bələdiyyəyə mütənasib dəyərdə dövlət mülkiyyətindən torpaq sahələrinin ayrılması da torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyəti hesab ediləcək.