Regionda səngər hərəkəti: Beş ölkənin XTQsi Bakıda döyüş ssenarilərini planlaşdırır! FOTO
Digərləri 11 Haz 2025 09:51:00 123 0
Cari ilin sentyabr ayında Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) iştirakı ilə ölkəmizdə keçiriləcək "Sonsuz-Qardaşlıq-IV" çoxmillətli təliminin iyunun 10-da yekun planlaşdırma konfransı təşkil edilib.
Bu haberi de oku: “WhatsApp”da yeni funksiya iki variant olacaq
Bu barədə Son.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bakıda keçirilən konfransda iştirakçı ölkələrin XTQ mənsubları təlimin gedişatını və təşkilati məsələləri müzakirə edərək müxtəlif aspektlərə dair maraq doğuran sualları cavablandırıblar. Görüş zamanı xüsusi təyinatlıların birgə əməliyyat hazırlığı və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili diqqət mərkəzində olub.
Təlimin praktiki mərhələsi üçün ətraflı planlaşdırma aparılıb və müxtəlif ssenarilər üzrə icra olunacaq tapşırıqlar müzakirə edilib. Konfransda, həmçinin, hərbi əməkdaşlıq və təcrübə mübadiləsi kimi vacib məsələlərə də toxunulub.