Bu şəxslər 2200 manat təqaüd alacaq
Digərləri 12 Haz 2025 17:49:00 82 0
Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı adları verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü artırılıb.
Bu haberi de oku: Qazın qiyməti dəyişir Yeni tarif sistemi kimə necə təsir edəcək?
Trend xəbər verir ki, bu, Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında öz əksini tapıb.
Fərmana əsasən, 2025-ci il iyulun 1-dən Vətən Müharibəsi Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 2000 manatdan 2200 manata, Milli Qəhrəmanı adı verilmiş şəxslər üçün Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü 1800 manatdan 2000 manat qaldırılıb.