“Uber Azərbaycan” şirkəti və direktoru cərimələndi
Digərləri 13 Haz 2025 17:40:00 87 0
Taksi sifarişi operatorları tərəfindən qanunvericiliyin pozulmasına qarşı mübarizə aparılır.
Bu haberi de oku: Turizm sənayesinin muzdlu əmək bazarındakı payı artacaq
Son.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Baş Prokurorluğa daxil olmuş məlumat əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Araşdırma zamanı taksi operatoru kimi qeydiyyata alınaraq fəaliyyət göstərən "Ridetech" MMC-nin (əvvəlki adı ilə "Uber Azərbaycan" MMC) direktoru Müşfiq Həsənov tərəfindən bu sahədə mövcud olan müvafiq qanun və tələblərin pozulması nəticəsində Cəmiyyətə məxsus informasiya sisteminə müvafiq şəhadətnaməsi olmayan sürücülər barədə həqiqəti əks etdirməyən məlumatların daxil edilməsinə, həmin şəxslərin qanunsuz olaraq taksi fəaliyyəti ilə məşğul olmasına şərait yaradılması müəyyən edilib.