Bakıda bir manata görə "parkovşik"lər arasında dava Birinin çənəsi sındı
Digərləri 13 Haz 2025 17:50:00 80 0
Bakıda "parkovşik"lər arasında baş verən insidentlə bağlı məhkəmə qərarı verilib.
Bu haberi de oku: Azərbaycanda yay turizm mövsümünə start verilib
Son.az qaynarinfo.az-a istinadən xəbər verir ki, dava Xətai rayonu, Ağ Şəhər bulvarında yerləşən Zəfər Parkının qarşısında avtomobillərin parklanmasına nəzarət edən şəxslər arasında, cəmi bir manat üstündə baş verib.
1992-ci il təvəllüdlü Nizami Məmmədov (soyad şərti) həmin ərazidə çalışan Tofiq adlı şəxslə mübahisə edib. Belə ki, Tofiq Nizamiyə yaxınlaşaraq, onun əraziyə gələn maşınlardan pul alıb-almadığını soruşub. Nizami isə belə bir halın olmadığını bildirib.
Bundan sonra Tofiq ərazidə pul yığan digər "parkovşik"lər haqqında nalayiq ifadələr işlədib. Bu isə Nizamini qəzəbləndirib və o, Tofiqi itələyib, üzünə bir şillə və bir yumruq zərbəsi endirib. Zərbənin nəticəsində Tofiqin alt çənə sümüyü sınıb və o, dərhal polisə müraciət edib.