Azərbaycanda televiziya sədri işdən çıxarıldı


Digərləri 12 Haz 2025 19:38:00 80 0

Azərbaycanda televiziya sədri işdən çıxarıldı

"Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Son.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb. Sərəncama əsasən, Sahil Abdulla oğlu Tahirli "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad olunub.

Digər sərəncamla "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinin müvəqqəti icrası QSC-nin sədr müavini Novruzova İlhamə Tofiq qızına həvalə edilib. Son.az