Fəxri adlara görə aylıq təqaüdün məbləği artırıldı
Digərləri 12 Haz 2025 17:55:00 84 0
Fəxri adlara görə aylıq təqaüdün məbləği artırılıb.
Bu haberi de oku: Pezeşkian: "Obyektlərimiz bombalansa belə, əl çəkməyəcəyik"
Trend xəbər verir ki, bu, Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında öz əksini tapıb.
Fərmana əsasən, fəxri adlara görə aylıq təqaüdün məbləği 2025-ci il iyulun 1-dən xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 300 manat (əvvəl 200 manat), əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 200 manat (əvvəl 150 manat) müəyyən edilib.