Elvin Hüseynov ölkəni tərk edibmiş Axtarışa verildi


Digərləri 12 Haz 2025 19:42:00 87 0

Elvin Hüseynov ölkəni tərk edibmiş  Axtarışa verildi

Bir neçə gündür xaricdən Azərbaycana avtomobil gətirməklə məşğul olan Elvin Hüseynov barədə sosial şəbəkələrdə dələduzluq etməsi ilə bağlı ittihamlar yayılır. İddialara görə, o, insanların etibarından sui-istifadə etməklə avtomobil gətirmək müqabilində aldığı pulları mənimsəyib, verdiyi vədlərə isə əməl etməyib.

DİN Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev bildirib ki, xarici ölkədən avtomobil gətirmək adı vətəndaşlara qarşı kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs axtarışa elan olunub. 

32 yaşlı Hüseynov Elvin Tofiq oğlu barəsində dələduzluq əməlləri ilə bağlı 17 epizod üzrə Xətai Rayon Polis İdarəsində cinayət işi başlanıb. Həmin faktlar üzrə vətəndaşlara dəyən zərər 249.764 manat təşkil edir. 

Müəyyən edilib ki, o vətəndaşlara müxtəlif yalan vədlər verməklə ölkəni Gürcüstan istiqamətində tərk edib. 

Hazırda cinayət işi üzrə istintaq tədbirləri görülür. 


Habere ait fotoğraflar