Bakıda müəllim şagirdlərin ağzını “skoç”layıb rəqs öyrətdi
Digərləri 11 Haz 2025 09:18:00 105 0
Bakı şəhəri 112 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin musiqi dərsində şagirdlərə rəqs öyrədərkən uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb.
Bu haberi de oku: Sosial şəbəkələr xəyanət riskini çoxaldır
Son.az xəbər verir ki, bu haqda oxu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, araşdırma çərçivəsində müəllim və valideynlərlə görüş keçirilib, müvafiq tövsiyələr verilib. Müəllimin izahatı alınıb və ona yazılı xəbərdarlıq edilib.
Xatırladaq ki, mayın 27-də Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 112 saylı məktəbin ibtidai sinif müəlliminin 1-ci sinif şagirdlərinin ağzını "skoç"ladığını əks etdirən görüntüləri paylaşılmışdı.
Kaynak: milli.az