Pasientə yanlış diaqnoz qoyan həkimləri nə gözləyir? Hüquqşünasdan AÇIQLAMA
Digərləri 10 Haz 2025 16:30:00 134 0
Son illərdə səhv tibbi müdaxilə nəticəsində yaranan şikayətlərin sayı artıb. Bəzən düzgün qoyulmayan diaqnoz, bəzən də səhlənkar münasibət pasientin səhhətində ciddi fəsadlara səbəb olur.
Bu haberi de oku: Sosial şəbəkələr xəyanət riskini çoxaldır
Belə hallarda günah kimdə olur?
Son.az xəbər verir ki, məsələ ilə bağlı hüquqşünas Elminaz Qafarova açıqlama verib:
"Yanlış tibbi müdaxilə və müalicə nəticəsində şəxsə zərər dəyərsə, bu halda zərər verən şəxs barəsində mülki, inzibati və ağırlaşdırıcı hallarda isə cinayət məsuliyyəti nəzərdə tutulur. Baş vermiş pozuntu barədə zərərçəkmiş özü və ya səlahiyyətli digər şəxs bu barədə aidiyyatı orqanlara müraciət edə bilər.
Zərər görən şəxs özünün baş vermiş bu tibbi müdaxilə nəticəsində zərər yetirməsini əsaslı faktlarla, dəlillərlə sübuta yetirməlidir. Belə hallarda məsələ ya məhkəmə, ya da prokurorluq vasitəsi ilə araşdırılır. Əsas sübut isə tibbi ekspertiza nəticələri sayılır. Əgər zərər təsdiqlənərsə, həm təzminat, həm də cəza tədbirləri tətbiq oluna bilər. Cinayət Məcəlləsinin 314-cü maddəsinə əsasən, səhlənkarlıqla sağlamlığa ağır zərər vurmaq cinayət məsuliyyəti yaradır".