30dan çox xəstəliyin daşıyıcısı olan yeni gənə növü tapıldı


Digərləri 11 Haz 2025 02:02:00 100 0

30dan çox xəstəliyin daşıyıcısı olan yeni gənə növü tapıldı

Türkiyədə 30-dan çox patogenin daşıyıcısı olan yeni təhlükəli gənə növü tapılıb.

Son.az türk mediasına istinadla xəbər verir ki, ehtimallara görə, bu, mal-qaraya təsir edən təhlükəli xəstəliklərin daşıyıcısı kimi tanınan "Haemaphysalis longicornis" gənəsidir.

Biologiya professoru Adem Keskin bildirib ki, gənə insanlar üçün də potensial təhlükəli sayılır.

"2024-cü ilin sentyabrından aparılan araşdırmalar gənənin Türkiyəyə 3-4 il əvvəl daxil olduğunu göstərib", - deyə alim vurğulayıb.