Sürücülərə ŞAD XƏBƏR Avtobus zolaqları ilə bağlı QƏRAR VERİLDİ


Digərləri 12 Haz 2025 11:41:00 106 0

Sürücülərə ŞAD XƏBƏR  Avtobus zolaqları ilə bağlı QƏRAR VERİLDİ

Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün xüsusi yerlər yaradılır.

Son.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. 

Bildirilib ki, bu yerlər əsas cəlbetmə məntəqələri, nəqliyyat vasitələrinin rahat manevr etməsi və sərnişinlərin təhlükəsizliyi nəzərə alınmaqla təşkil edilir.

Qeyd olunub ki, məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.